Əsas Səhifə > Güney Press > Azərbaycanin ən boyuk limanlarindan biri

Azərbaycanin ən boyuk limanlarindan biri


Dünən, 12:55

27 oktyabr 2025-ci il saat 11.00-da “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"DİA-AZ" xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağı “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin Bakı şəhəri, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən binasında olacaq.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin səhmdarlarından birinin çıxması çıxan səhmdara məxsus olan səhmlərin cəmiyyət tərəfindən geri alınması haqqında məsələ daxildir.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinin materialları ilə cəmiyyətin Bakı şəhəri, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən ofis binasında həftənin iş günləri saat 15.00-dan 17.00-a qədər tanış olmaq mümkündür
Əlavə məlumat üçün bildirək ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” müxtəlif növ xidmətlər həyata keçirməkdədir. Liman ərazisində quru yüklərin – polad, taxta məmulatları, inşaat materialları, taxıl və digər kənd təsərrüfatı məhsullarının daşınması, yüklənməsi və boşaldılması xidmətləri həyata keçirilir. Liman il ərzində 4.000 ədəd konteyner qəbul etmə, yükləmə və istənilən müddətdə saxlama imkanlarına malikdir.
Liman ərazisində açıq və qapalı tipli anbarlar mövcutdur. Qapalı tipli anbarların sahəsi 13.600 m², açıq tipli anbarların sahəsi 150.000 m²-dir.
Qeyd edək ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” 12 iyul 2019-cu ildə dövlət qeydiyyatına alınıb. 10 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Rəşad Daşdəmirov Rasim oğludur. Hüquqi ünvanı AZ1089, Bakı Şəhəri Suraxanı Rayonu, Hövsan Ştq, Şakir Ziyadov (Hövsan Qəs.), ev.1 ünvanıdır.


Geri qayıt