Əsas Səhifə > Güney Press > Dövlət qurumu 28 milyon manata bank xidməti alır
Dövlət qurumu 28 milyon manata bank xidməti alırDünən, 10:11 |
||||||||||
“Dövlət Sosial Müdafiə Fondu” (VÖEN: 1300050781) açıq müsabiqə elan edib. "DİA-AZ xəbər verir ki, müsabiqə DSMF tərəfindən icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satınalınmasına aiddir. Satınalmanın ehtimal olunan qiyməti 28 milyon 15 min 689 manat 90 qəpikdir. Təkliflərin son təqdim olunma tarixi 13 noyabr 2025-ci il saat 17:00-dır. Zərflərin açılışı da həmin tarixdə saat 17:00-da keçiriləcək. İştirak haqqı 4 min 202 manat 35 qəpik, istifadə haqqı isə 25 manatdır.
Əlaqələndirici şəxs: Zahir Əliyev – Satınalmaların Təşkili və Təchizat Departamentinin müdiri İddiaçılar təkliflərini 13 noyabr 2025-ci il tarixinədək Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi 80 ünvanına təqdim edə bilərlər. Geri qayıt |