Əsas Səhifə > Güney Press > "Namiq düzəlsə, dünya da düzələcək..."
"Namiq düzəlsə, dünya da düzələcək..."Dünən, 09:43 |
Deməli, dükan işlədən vaxtlarım idi. Qonşum aşıq Namiqin mənə 940 manat borcu var idi. Namiq Həcc ziyarətindən qayıdandan sonra girdi dükana, borc dəftərini istədi.
Ürəyimdə çox sevindim, fikirləşdim ki, yəqin Namiq ziyarət münasibətilə camaatın borclarını bağlamaq istəyir. Tez dəftəri çıxarıb qoydum piştaxtanın üstünə. Dedi, indi orada mənim adımı tap. Bir az dilxor oldum, ancaq yenə ürəyimdə fikirləşdim ki, eybi yox, elə özünün də xeyli borcu var, onları verəcək, yenə şükür. Dəftərdə bunun adını tapdım və barmağımla göstərdim. Dedi, tapdınmı? Dedim, hə, tapdım. Qayıdasan ki, indi onun qabağından yaz: “Hacı”. Dedim, necə yəni? Dedi, çünki oldum Hacı aşıq Namiq.
P.S. Namiq düzəlsə, dünya da düzələcək.
QEYD: Bu ilginc iddia dolu yazı Asif Osman adlı sosial şəbəkə istifadəçisinin səhifəsindən götürülüb...
"DİA-AZ"
Geri qayıt |