Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı və Kəndlər Birliyindən Qafqazın şeyxinə dəstək gəldi

Bakı və Kəndlər Birliyindən Qafqazın şeyxinə dəstək gəldi


20-05-2014, 17:33
Bakı və Kəndlər Birliyindən Qafqazın şeyxinə dəstək gəldi
Bakı və Kəndlər Birliyi (BKB) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadəyə dəstək bəyanatı yayıb.

Sənəddə son vaxtlar QMİ-yə, eləcə də sədri A.Paşazadəyə hücumların intensiv xarakter aldığı bəyan edilir. Buna səbəb kimi bəzi təriqətlərin dövlətçiliyə təhlükə yaratmalarına dair QMİ sədrinin açıqlamaları göstərilir. Müəlliflərə görə, A.Paşazadənin bu əsaslı açıqlamaları özünü və QMİ-ni əsassız hücumlara məruz qoyub. Sənəddə QMİ sədrinin bu və ya digər səbəblərlə bağlı xarici səfərlərinin belə bəzi qüvvələr tərəfindən şaiyələrlə müşaiyət olunmasına diqqət çəkilir.

Bundan irəli gələrək, Bakı və Kəndlər Birliyi QMİ sədrinin dövlətçiliyin müdafiəsi üçün atdığı addımları dəstəklədiklərini və ona yardımçı olacaqlarını nəzərə çatdırırlar.

Geri qayıt