Əsas Səhifə > Güney Press > DSMF-nin xidməti avtomobillərinin təmiri baş tutmadı

DSMF-nin xidməti avtomobillərinin təmiri baş tutmadı


Dünən, 07:23

“Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi Fondun Aparatının və struktur bölmələrinin balansında olan xidməti avtomobillərə cari təmir xidmətinin satın alınması üzrə elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 191.519,90 manat təşkil edirdi.

Prosedur iştirakçıların azlığı səbəbindən dayandırılıb. Belə ki, təklif təqdim edən və müvafiq lisenziyaya malik olan şirkətlərin sayı qanunvericilikdə nəzərdə tutulan minimum həddə çatmayıb (36.1.1-ci maddə).

Beləliklə, DSMF-nin xidməti avtomobillərinin cari təmiri üzrə tenderin nəticəsiz qaldığı bildirilir.

Xatırladaq ki, Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazir Anar Əliyev, Fondun İdarə Heyətinin sədri isə Zəka Mirzəyevdir.


Geri qayıt