Bu ilin yanvar-iyul aylarında Azərbaycana 29 min 958 ədəd hibrid minik avtomobili idxal olunub. Yeniavaz.com xəbər verir ki, idxal olunan hibrid minik avtomobillərinin 65,3%-i və ya 19 min 555 ədədini elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan benzin mühərrikli hibridlər təşkil edib. Bundan başqa bu ilin ilk 7 ayında ölkəyə elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyəti olmayan 10 min 386 ədəd benzin mühərrikli hibrid minik avtomobili gətirilib. İdxal olunan dizel mühərrikli hibridlərin sayı cəmi 17 ədəd olub. Qeyd edək ki, elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan benzin mühərrikli hibridlərin bir ədədinin orta gömrük dəyəri 19,7 min dollar təşkil edib. Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyəti olmayan benzin mühərrikli hibridlərin bir ədədinin orta gömrük dəyəri 20,6 min dollar təşkil edib. Dizel mühərrikli hibridlərin bir ədədinin orta gömrük dəyəri isə 83,9 min dollar olub. Hibrid minik avtomobilləri Azərbaycana əsasən aşağıdakı ölkələrdən idxal edilib: Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan hibridlər: ABŞ – 280 ədəd (1 ədədinin orta gömrük dəyəri 24 268 $); Böyük Britaniya – 38 ədəd (132 220 $); Cənubi Afrika – 6 ədəd (43 732 $); Çin – 18 694 ədəd (17 942 $); Koreya – 42 ədəd (11 747 $); Meksika – 43 ədəd (12 515 $); Yaponiya – 19 ədəd (13 922 $); Almaniya – 342 ədəd (56 258 $); Fransa – 1 ədəd (17 500 $); İsveç – 33 ədəd (67 635 $); İtaliya – 42 ədəd (338 200 $); Slovakiya – 15 ədəd (102 602 $).
Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olmayan hibridlər: ABŞ – 749 ədəd (1 ədədinin orta gömrük dəyəri 24 644 $); Böyük Britaniya – 6 ədəd (32 658 $); Çin – 4 170 ədəd (22 161 $); Honkonq – 1 ədəd (19 400 $); Kanada – 37 ədəd (27 997 $); Koreya – 1 631 ədəd (23 475 $); Meksika – 225 ədəd (7 319 $); Türkiyə – 57 ədəd (20 830 $); Yaponiya – 3 371 ədəd (16 638 $); Almaniya – 4 ədəd (152 250 $); Çexiya – 81 ədəd (27 434 $); Fransa – 16 ədəd (19 561 $); İtaliya – 2 ədəd (177 590 $); Slovakiya – 36 ədəd (28 742 $);
Dizel mühərrikli hibridlər: Almaniya – 14 ədəd (1 ədədinin orta gömrük dəyəri 67 787 $); Böyük Britaniya – 3 ədəd (113 920 $).
Geri qayıt
|