Əsas Səhifə > Güney Press > Qurban Qurbanovun Türkiyədə nə işi var?

Qurban Qurbanovun Türkiyədə nə işi var?


Bu gün, 16:06

"Məncə, Qurban Qurbanov “Qarabağ”dan sonra “Atletiko Madrid”, “Borussiya Dortmund”, “Milan” və “İnter” kimi klublara getsin. Onun Türkiyədə nə işi var?"

Ölkə.Az xəbər verir ki, bu sözləri Türkiyəli idman şərhçisi Ertem Şener deyib.

"Türkiyə liqasında doğru-düzgün futbol oynanılır ki? Qurban Qurbanov gələcək, burada komandanı çempion edə bilməyəndə deyəcəklər ki, bu imiş? Qurban olaram, gəlmə bura", - deyə o bildirib.

Xatırladaq ki, Ertem Şener bundan öncə "Benfika" üzərində qələbə qazanan "Qarabağ" haqqında danışarkən etdiyi çıxışla gündəmə gəlmişdi.

"24 milyonluq büdcə ilə "Eştadiu da Luş"da 2:0 geridə olduğun halda rəqibi məğlub edə bilmək alqışlanmalıdır", - deyən şərhçi "24 milyonluq büdcə ilə" sözünü təkrar-təkrar deyərək, "Qarabağ"ın qalib gəlməsini bir neçə dəfə dilə gətirib: "2:0 geridəsən, hələ bir qolun sayılmır (oyundan kənar vəziyyət) və Avropanın ən qərbində tarix yazırsan. O möhtəşəm "İşıq stadionu"nda (Estádio da Luz - tərcümə) bütün işıqları söndürürsən. Halal olsun, "Qarabağ"! 24 milyonluq komandanı, Qurban Qurbanovu və yetirmələrini, Azərbaycanı ayaqüstə alqışlayıram. Biz hələ burada bir-birimizi yeyək..."


Geri qayıt