Əsas Səhifə > Güney Press > Son iki gündə 4 şirkət ləğv olunduqlarını açıqladı
Son iki gündə 4 şirkət ləğv olunduqlarını açıqladıBu gün, 14:59 |
Azərbaycan Respublikasında dörd məhdud məsuliyyətli cəmiyyət ləğvi ilə bağlı elanlar açıqlanıb. Banker.az bunu şirkətlər tərəfindən kreditorlara göndərilən bildirişə istinadən xəbər verir. Bu gün “Seaside” MMC (VÖEN: 1406868941) öz fəaliyyətini dayandırdığını elan edərək kreditorlara iki ay müddətində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına bildirmələri barədə məlumat verib. Eyni gündə, 24 sentyabr 2025-ci il saat 11:06-da “SMT Consulting” MMC (VÖEN: 1405382951) də ləğv olunduğunu açıqlayıb və kreditorların müraciətlərini Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 9 ünvanına yönləndirməli olduqlarını bildirib. “Modul Engineering” MMC (VÖEN: 1903639251) kreditorların iddialarını Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65, mənzil A ünvanında qəbul edəcəyini açıqlayıb. Bundan bir gün əvvəl, 23 sentyabr 2025-ci il tarixində isə “Prive 8 Group” MMC (VÖEN: 1605614561) fəaliyyətini dayandırdığını elan edərək kreditorlara müraciətlərini Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 1061, mənzil 9 ünvanına çatdırmaları üçün iki ay vaxt verib. Geri qayıt |