Əsas Səhifə > Güney Press > Azər Aydəmir Koreyada
Azər Aydəmir KoreyadaBu gün, 14:32 |
Aktyor-ssenarist Azər Aydəmir Cənubi Koreyaya getmə səbəbini açıqlayıb. Musavat.com-un xəbərinə görə, aktyor bildirib ki, Azərbaycan Respublikasının Kino Agentliyi ilə birlikdə 20–23 sentyabr 2025-ci il tarixlərində Cənubi Koreyanın Busan şəhərində keçirilən “Asian Contents & Film Market” tədbirində iştirak edib: “Cənubi Koreyada film marketdəyik. Filmlərimizin başqa ölkələrin marketlərinə maraqlı gələcəyini düşünürük. Biz filmlərimizi satmaq, müvafiq ölkələrin kontentləri ilə barter etmək, ən azı özümüzü və məkanımızı tanıtmaq məqsədi ilə buradayıq. Əsas məsələ isə budur ki, Azərbaycan dövləti və ARKA Azərbaycan ərazisində çəkiləcək filmlərə, audio-video əsərə 40 faiz cashback edir. Yəni ki, istehsalçı ölkə Azərbaycanda xərclədiyi məbləğin 40 faizini geri ala bilər. Biz də “Asian Contents & Film Market”də bu məlumatı bütün ölkələrə çatdırmağa gəlmişik”. Azər Aydəmir qeyd edib ki, “Əqrəb mövsümü” serialını da “Asian Contents & Film Market”ə satmağa çalışırlar: ““Əqrəb mövsümü” serialını da “Asian Contents & Film Market”ə satmağa çalışırıq. Bu istiqamətdə maraqlı tanışlıqlar və əməkdaşlıqlar var. Ümumi istəyimiz isə digər ölkə marketlərində Azərbaycanın yaxşı seriallarını və filmlərini tanıtmaq, onlarda maraq yaratmaq, yerli işlərimizi onlara satmaq və televiziyalarında yayımını təmin etməkdir”. Geri qayıt |