Əsas Səhifə > Güney Press > Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi

Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi


Bu gün, 13:11

Türkiyə vətəndaşı Azərbaycana məxsus iri yük avtomobilində (TIR) gizlənərək Avropaya keçməyə cəhd edib.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, türkiyəlinin yük avtomobilinə girməsi və orada gizlənməsindən heç azərbaycanlı sürücünün də xəbəri olmayıb. Həmin şəxs Bolqarıstan gömrük məntəqəsində yoxlama zamanı aşkar olunaraq, avtomobildən düşürülüb.


Geri qayıt