Əsas Səhifə > Güney Press / Ana xəbər > Belçikaya qaçmış azərbaycanlı qadından tüküprədici iddialar

Belçikaya qaçmış azərbaycanlı qadından tüküprədici iddialar


20-05-2014, 15:14
Belçikaya qaçmış azərbaycanlı qadından tüküprədici iddialar
В«Mən 10 mart 2013-cü il aksiyasında iştiraka görə polis tərəfindən təzyiqlərə məruz qalmışam. Qızım Vəfa Məmmədova isə təqib olunubВ». Bu sözləri JAM.AZ-a Ləman Oqtay qızı Talıbova deyib.

O bildirib ki, həmin ilin 12 martında Səbail rayon 39-cu Polis Bölməsinə aparılıb və işgəncələr verib. В«Məni əvvəlcə iki polis təhqir etdi və sonra da döydü. Bütün bunların qızımın başına gələcəyini də dedilər. Mənə 15-30 gün vaxt verib gecə evə buraxdılar. Elə bütün zülmlər də bundan sonra başladıВ».

L.Talıbova iddia edir ki, onun evinə və mobil telefonlarına gecə və gündüz naməlum zənglər gəlməyə başlayıb. В«Məni və qızımı öldürəcəkləri ilə qorxudurdular. Həmin ilin mart ayının 21-də qızım Vəfanı oğurlamaq istədilər. Lakin canını yaxınlıqda yerləşən В«NeptunВ» marketinə girməklə qurtara bilib. İkinci cəhdləri isə baş tutdu. Belə ki, həmin ilin 15 aprelində qızım dərsdən çıxarkən naməlum şəxslər onu maşına basaraq, dəniz sahilinə aparıblar. Orada işgəncə veriblər və 4 dəfə boğulana kimi suda saxlayıblar. Və dəfələrlə deyiblər ki, anana denən biz gözləyirik. Qızımı gecə saatlarında Xırdalandakı quşçuluq Fermasının yanında atıb, gediblərВ».

O bildirib ki, bu hadisədən sonra ölkəni tərk etmək qərarına gəlib. В«Mən Belçikaya gəldikdən sonra 9 dekabr 2013-cü il tarixdə Səbail rayon Məhkəməsində haqqımda cinayət işi açıblarВ».

P.S. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edərək, onların da münasibətini öyrənməyə çalışdıq. Mətbuat şöbəsinin rəsmisi Orxan Mənsurzadə bizə məsələni araşdırdıqdan sonra açıqlama verə biləcəyini dedi.


Belçikaya qaçmış azərbaycanlı qadından tüküprədici iddialar
Geri qayıt