Əsas Səhifə > Güney Press > Sumqayıtda hakimi təhqir edən şəxs barəsində cinayət işi başlanılıb

Sumqayıtda hakimi təhqir edən şəxs barəsində cinayət işi başlanılıb


Bu gün, 10:54

Sumqayıtda məhkəməyə hörmətsizlik edən şəxs barəsində cinayət işi başlanıb.

"Report" xəbər verir ki, Sumqayıt Kommersiya Məhkəməsində mübahisəyə baxıldığı zaman məhkəmə prosesi iştirakçılarından biri – cavabdeh tərəfin nümayəndəsi dəfələrlə əsassız vəsatətlər qaldıraraq işin gedişinə mane olub.

Məhkəmənin qərarı ilə həmin nümayəndəyə prosessual davranış qaydalarını pozduğuna görə inzibati cərimə tətbiq edilib.

Daha sonra o, məhkəməyə təqdim etdiyi ərizədə hakimi təhqir edən ifadələr işlədib, bu hərəkəti ilə məhkəməyə açıq hörmətsizlik nümayiş etdirib. Belə ki, qeyri-etik davranış məhkəmənin nüfuzunu alçaltmaqla yanaşı, prosessual tərəflərin hüquqlarının müdafiəsinə də mane olub.

Məhkəmə baş vermiş halları nəzərə alaraq xüsusi qərardad qəbul edib və materialları müvafiq istintaq orqanına göndərib. Aparılmış araşdırma nəticəsində nümayəndənin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (hakimi təhqir etmə) ilə nəzərdə tutulan cinayət tərkibi müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Geri qayıt