Əsas Səhifə > Güney Press > “Azəristiliktəchizat”a məxsus iki tender ləğv olunub

“Azəristiliktəchizat”a məxsus iki tender ləğv olunub


Bu gün, 10:34

“Azəristiliktəchizat” ASC-yə məxsus iki tender ləğv olunub.

"DİA-AZ" xəbər verir ki, “Azəristiliktəchizat” ASC İstilik Elektrik Mərkəzindən qidalanan mövcud 8 ədəd istilik məntəqəsinin müasir tipli qazanxanaya çevrilməsi ilə əlaqədar məhəllədaxili istilik xətlərinin layihələndirilməsi işlərinin satınalınması ilə bağlı açıq tenderi ləğv edib. Bu tenderin ehtimal olunan qiyməti 30 min 405,65 manat olub.

Bununla yanaşı qurumun İstilik Elektrik Mərkəzindən qidalanan mövcud 8 ədəd istilik məntəqəsinin müasir tipli qazanxanaya çevrilməsi ilə əlaqədar xarici qaz təchizatının layihələndirilməsi işlərinin satın alınması tenderi ləğv olunub. Bu tenderin ehtimal olunan qiyməti 59 min 511,33 manat idi.

Ləğv edilmə səbəbi kimi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması olub. Bu səbəbdən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən tender etibarsız sayılıb.


Geri qayıt