Əsas Səhifə > Güney Press > Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib

Serj Sarqsyanın sabiq mühafizə rəisi eks-prezidenti torpaqları satmaqda ittiham edib


Bu gün, 17:07

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan "Yerablur" hərbi panteonuna yaxın əraziləri qanunsuz yolla özəlləşdirib.

"Report" xəbər verir k, bu barədə erməni KİV-i S.Sarqsyanın keçmiş mühafizə rəisi Vaçaqan Kazaryana istinadən məlumat yayıb.

Bildirilib ki, növbəti məhkəmə iclasından sonra V.Kazaryan jurnalistlərə bu torpaq sahələrini ona heç kimin satmadığını və buna görə də müttəhimlər kürsüsündə oturmamalı olduğunu deyib. Jurnalistin "Müttəhimlər kürsüsündə kim oturmalıdır?" sualına V.Kazaryan "Satan şəxs" cavabını verib. V.Kazaryandan S.Sarqsyan barədə danışıb-danışmadığını soruşduqda o, S.Sarqsyan barədə danışdığını təsdiqləyib.

Qeyd edək ki, iş 2005-ci ildə S.Sarqsyanın müdafiə naziri vəzifəsində olduğu zaman hərbi panteon yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi halları ilə bağlıdır.

Baş Prokurorluğun versiyasına görə, S.Sarqsyanın sərəncamı ilə torpaq sahələri qanunsuz olaraq, həm də bazar qiymətindən xeyli aşağı qiymətə satılıb.

Xatırladaq ki, V.Kazaryan 2018-ci il iyunun 25-də bankdan çıxarkən saxlanılıb. Onun əlindəki çemodandan 123 min dollar və 436 milyon dram (904 min dollar) aşkarlanıb. Həyat yoldaşının evində axtarış zamanı 35 milyon dram (72,5 min dollar), 1,11 milyon dollar və 230,5 min avro tapılıb. V.Kazaryana məxsus "Yans Klub"da isə 1,5 milyon dollardan çox nağd pul aşkarlanıb.

O, həbs edilib, bir müddət sonra isə zaminə buraxılıb. İstintaq müddətində o, büdcəyə 5,8 milyon dollar qaytarıb.


Geri qayıt