Əsas Səhifə > Güney Press > Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu
Azərbaycanda şirkət 7,7 milyonluq tenderi udduBu gün, 16:59 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tenderin qalibini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “Respublikanın bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işləri”nin satın alınması ilə bağlı keçirilmiş tenderin qalibi müəyyən olunub. Qalib “Bakımexanizasiyanəqliyyat” Açıq Səhmdar Cəmiyyəti olub. Qalib şirkətə 7 milyon 671 min 106,36 ödəniləcək. Layihənin ehtimal olunan qiyməti 8 milyon 121 min 983,16 manat idi. Bu şirkət bundan əvvəl də qurumun 4 milyon 771 min 43 manat dəyərindəki Respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması tenderinin qalibi olub. Xatırladaq ki, “Bakımexanizasiyanəqliyyat” ASC 1 iyun 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 128 212 manatdır. Qanuni təmsilçisi Zabir Nağıyev Sadıx oğludur. Geri qayıt |