Əsas Səhifə > Güney Press > "Paşinyan revanşist və daşnaklara qalib gələcək..."
"Paşinyan revanşist və daşnaklara qalib gələcək..."Bu gün, 16:25 |
“Azərbaycanla Yekun Sülh Sazişinin imzalanması bizdən çox Ermənistanın xeyrinə olar. Əgər bu sənədə imza atsalar, ermənilər üçün regionda geniş kommunikasiya, ticarət imkanları yarana, xüsusən də Türkiyə vasitəsilə Qərbə, Avropaya yolları açıla bilər. Odur ki, Sülh Sazişi Ermənistan üçün daha vacib və gərəklidir. Təbii ki, hazırda oradakı revanşist, irqçi, daşnak qüvvələri Azərbaycan və Türkiyə ilə sülh prosesinə, diplomatik və ticarət əlaqələrinin bərpasına, eləcə də Zəngəzur yolunun açılmasına mane olmağa çalışır. Əgər Paşinyan onların müqavimətini qırıb Azərbaycanla Yekun Sülh Sazişinin imzalanmasına nail olsa, bu onun öz ölkəsi qarşısında böyük və tarixi xidməti olar”.
Sabiq baş prokuror Əli Ömərov bu fikirləri Moderator.az-a açıqlamasında “Necə hesab edirsiz, Azərbaycanla Ermənistan arasında Yekun Sülh Sazişi yaxın dövrdə imzalana bilərmi?” sualına cavabında dilə gətirib.
“Sizcə, hazırkı baş nazir Nikol Paşinyanın partiyası və tərəfdarları 2026-cı ilin iyununda gözlənilən parlament seçkilərində rusiyapərəst və revanşist qüvvələrə qalib gələ biləcəkmi?” sualını isə həmsöhbətimiz qısaca cavablandırıb:
“Hesab edirəm ki, 2026-cı il seçkilərində Paşinyan və onun partiyası, tərəfdarları revanşistlərə və daşnaklara qalib gələ biləcək. Mən belə fikirləşirəm. Çünki Ermənistan xalqının böyük əksəriyyəti onun tərəfindədir...”
Geri qayıt |