Metropoliten iki vaqonun təkərləri üçün 1,6 milyon manat xərcləyəcək
Bu gün, 14:49
“Bakı Metropoliteni” QSC Rusiyanın “Oktyabrskiy Elektrovaqonoremontnıy Zavod”u ilə müqavilə imzalayıb. Yeniavaz.com xəbər verir ki, müqavilə “Bakı Metropoliteni”nin istismarında olan “81-717/714” və “81-760/763.Б” seriyalı vaqonlar üçün təkər cütlərinin satın alınması ilə bağlıdır. Qeyd olunur ki, müqavilənin ümumi dəyəri 1 milyon 626 min 313 manat 58 qəpik təşkil edir.