Əsas Səhifə > Güney Press > “Asfalt Raqib” məhkəməni uduzdu
“Asfalt Raqib” məhkəməni uduzduBu gün, 11:46 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı məşhur Haftoni meşəsində icarə müqaviləsinin şərtlərinə zidd olaraq 100 hektar ərazidə bağ salan şəxsin müqaviləsinə xitam verilməsi iddiasına Ali Məhkəmədə baxılıb. “Qafqazinfo” “Ecofront” səhifəsinə istinadən xəbər verir ki, iş adamı Raqib Məmmədova qarşı qaldırılan iddia təmin edilib və icarə müqaviləsi ləğv olunub. Məhkəmənin qərarına əsasən, adıçəkilən şəxs 100 hektar meşə sahəsini geri qaytarmalıdır. Bildirilib ki, daha öncə onun icarə müqaviləsindən kənar məhv etdiyi 27 hektar meşə ərazisi də geri qaytarılmışdı. Qeyd edək ki, bir müddətdir “Ecofront” Haftoni meşəsinin məhv edilməsinə qarşı kampaniya aparırdı. Onların mübarizə apardığı Raqib Məmmədov Lənkərandakı asfalt zavodunun sahibidir və “Asfalt Raqib” adı ilə tanınır. Geri qayıt |