Əsas Səhifə > Güney Press > Dövlət Sərhəd Xidməti bu şirkətdən 3 avtomobil aldı
Dövlət Sərhəd Xidməti bu şirkətdən 3 avtomobil aldıBu gün, 10:44 |
Dövlət Sərhəd Xidməti tenderin qalibini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən “HYBRID mühərrikli minik avtomobillərinin satın alınması” ilə bağlı keçirilmiş açıq tenderin qalibi müəyyən olunub. Qalib “ALFA MOTORS COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1405701691) olub. Müqavilənin dəyəri 171 min manat təşkil edir. Ehtimal olunan qiymət isə 183 min 825 manat idi. Satınalmada 3 ədəd avtomobil nəzərdə tutulur. Bu da 1 ədəd avtomobilin 57 min manata bərabər olması deməkdir. Qeyd edək ki, şirkət daha öncə Su Və Meliorasiya Elmi Tədqiqat İnstitutu ilə 280 min 950,1 manat dəyərində Mikroavtobusun və sedan tipli nəqliyyat vasitələrinin satın alınması tenderi üzrə müqavilə bağlayıb. "Alfa Motors Company" 11 oktyabr 2021-ci ildə dövlət qeydiyyatına alınıb, 20 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Mehdi Xalıqov Pərvaz oğludur. Hüquqi ünvanı AZ1006, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, AK.ŞAMİL ƏZİZBƏYOV, ev.22 ünvanıdır. Geri qayıt |