Əsas Səhifə > Güney Press > Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğlu ilə bağlı
Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğlu ilə bağlıBu gün, 09:44 |
Şirvan Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilən “Dogruxeber.com” saytının rəhbəri İlham Həsənov və onun oğlu, saytın redaktoru Renar Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Onlar ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Həsənova 10 il, Renar Həsənova isə 1000 manat pul cəzası təyin edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Geri qayıt |