Əsas Səhifə > Güney Press > Müğənni KİMƏ SƏSLƏNDİ?

Müğənni KİMƏ SƏSLƏNDİ?


Bu gün, 16:59

“Sənətkarlıq toyla ölçülmür”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Sahib İbrahimov “Tarixin bir günü” verilişdə deyib.

Sənətçi sənətkarlığı toyla ölçən həmkarlarına səslənib:

“Sənətkar doğulmalıdır. Sənət üçün doğularlar var, bir də arxa qapıdan zorla içəri buraxılanlar. İstedadın arxasında zülm-zillət, yuxusuz gecələr, məşəqqətlər, əziyyət var. Sən o sənətkarlıq statusuna çatmaq üçün oddan-alovdan keçməlisən. Mən əsl sənətdən danışıram. Kimsə mənə bir “meşok” pul verəcək, gedib mahnı oxuyacağam, özümü “rastkrutka” edəcəyəm, sosial şəbəkələrdə birinci olacağam – yox, belə deyil. Kirpiyinlə od götürməlisən. Yoxsa elə mənim “kruqum”, dostlarım var, beş dənə, on dənə toya getdim, belə deyil. Sənətkarlıq toyla ölçülmür”.


Geri qayıt