Əsas Səhifə > Güney Press > Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü
Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldüBu gün, 04:58 |
Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan "DİA-AZ"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib. Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Geri qayıt |