Əsas Səhifə > Güney Press > BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub


Dünən, 22:03

Bakı Dövlət Universitetinin (BDU) "BSU SSTCC" komandası "TEKNOFEST-2025 İstanbul" aerokosmik və texnologiya festivalında uğur qazanıb.

"DİA-AZ" xəbər verir ki, dünyanın 96 ölkəsindən 565 776 komandanın iştirak etdiyi festivalda komanda "Əngəlsiz həyat texnologiyaları" kateqoriyası üzrə "NeuroScreen" layihəsi ilə birinci yerə layiq görülüb.

"NeuroScreen" layihəsinin məqsədi iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robot əsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin anlıq monitorinqi və süni intellekt əsasında təyinidir.


Geri qayıt