Əsas Səhifə > Güney Press > İştirakçı olmadı, dövlət qurumunun tenderi

İştirakçı olmadı, dövlət qurumunun tenderi


Bu gün, 11:03

Mərkəzi Neftçilər Xəstəxanası-nın tenderi ləğv edilib.

"DİA-AZ" xəbər verir ki, “Mərkəzi Neftçilər Xəstəxanası” PHŞ-nin havalandırma sisteminin təmiri üçün ehtiyat hissələrinin alışı və quraşdırılmasının satın alınması ilə bağlı elan etdiyi satınalma proseduru ləğv edilib.

Tenderin ləğv edilmə səbəbi - satınalmada iştirak etmək üçün təchizatçıların sayının üçdən az olmasıdır. Bu səbəbdən “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən prosedur etibarsız sayılıb.

Xatırladaq ki, ləğv olunan tender üzrə ehtimal olunan qiyməti 112 min 046 manat idi.


Geri qayıt