Əsas Səhifə > Güney Press > Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb

Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb


Bu gün, 16:09

Portuqaliyanın “Benfika” klubunun yeni baş məşqçisi Joze Mourinyo Liqa Çempionlarının I turunda komandası azərbaycanlı “Qarabağ”a (Lissabonda 2:3) məğlub olduqdan sonra fikirlərini bildirib.

Ölkə.Az-ın "A Bola"ya istinadən məlumatına görə, Mourinyo qeyd edib ki, komanda iki gün əvvəl “Qarabağ”a qarşı oynadığı kimi uduzmamalı idi.

“Bu, ‘Benfika’ deyildi. ‘Benfika’ – bu, ‘Fənərbaxça’ya qarşı 30 dəqiqə ərzində oynayan, İstanbulda çətin vəziyyətdə, bir oyunçusu az olmasına baxmayaraq müsbət nəticə qazanan komandadır. Bu, mənim tanıdığım, böyüdüyüm "Benfika"dır. O, çox vaxt qalib gəlir. Qalib gəlmədikdə isə uduzursa, insanlar sanki onunla birlikdə uduzmuş kimi hiss edirlər. Bu, çox vacibdir,” – deyə Mourinyo bildirib.


Geri qayıt