Əsas Səhifə > Güney Press > Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır

Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır


Bu gün, 15:16

Şəxsin iş yerində yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır.

"DİA-AZ" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sentyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyevanın müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən sonuncunun binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.


Geri qayıt