Əsas Səhifə > Güney Press > “Almet Baku” kiçilib

“Almet Baku” kiçilib


Bu gün, 11:49

“Almet Baku” ASC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, şirkət 2024-cü ili 216,1 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 62,6 min manat və ya 40,8% çoxdur.

Vergidən əvvəlki mənfəət 270,2 min manat təşkil edib. Bu da illik 78,3 min manat (40,8%) artımdır.

Əməliyyat mənfəəti 638,3 min manat olub. Bu, illik müqayisədə 6,7 min manat (1,1%) artım deməkdir.

Şirkətin əsas əməliyyat gəliri 11,7 milyon manat təşkil edib. Satışın maya dəyərinin gəlirlərdən daha sürətlə artması nəticəsində, ümumi mənfəət 1 milyon 259 min manata enib. Bu da illik 275,1 min manat (17,9%) azalmadır.

Yekun mənfəətin artmasının əsas səbəbi xərclərə effektiv nəzarət olub. İnzibati xərclər illik 240,3 min manat və ya 2,1 dəfə azalaraq 211,9 min manata enib.

Şirkət kommersiya xərclərinə illik 69,5 min manat (25,5%) qənaət edərək 203,4 min manata salıb.

Maliyyə xərcləri də 368,1 min manata enərək 71,6 min manat (16,3%) azalıb.

Hesabat dövründə yeni maddə kimi 108,5 min manatlıq “Sair əməliyyat gəlirləri” yaranıb. Sair əməliyyat xərcləri isə 314 min manata bərabər olub. Bu xərclərdə il ərzində 136,6 min manat (77,0%) artım baş verib.

Mənfəətin artması ilə əlaqədar olaraq, mənfəət vergisi xərci 54 min manat təşkil edib.

Şirkətin cəmi aktivləri 6 milyon 442 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 998,4 min manat (13,4%) azalmadır.

Cəmi uzunmüddətli aktivlər 1 milyon 179 min manat olub. Bu da illik 430,1 min manat (57,4%) artımdır.

Torpaq, tikili və avadanlıqlar 372,6 min manat (49,8%) artaraq 1 milyon 121 min manata yüksəlib.

Təxirə salınmış vergi aktivləri 57,5 min manat təşkil edib.

Cəmi qısamüddətli aktivlər isə 5 milyon 263 min manata enib. Bu, son bir il ərzində 1 milyon 428 min manat (21,3%) azalma deməkdir

Ehtiyatlar 1 milyon 217 min manat təşkil edib, il ərzində cüzi (52,2 min manat) azalıb.

Qısamüddətli debitor borcları 1,8 milyon manata bərabər olmaqla illik 731,2 min manat (28,9%) azalıb.

Pul vəsaitləri 380,6 min manata enib. Bu, illik 1 milyon 168 min manat və ya 4,1 dəfə azalma deməkdir.

Sair qısamüddətli aktivlər isə 1 milyon 866 min manat təşkil edərək 522,4 min manat (38,9%) artıb.

Cəmi öhdəliklər 6 milyon 108 min manat təşkil edib. Bu da illik 1 milyon 215 min manat (16,6%) azalma deməkdir.

Şirkətin uzunmüddətli öhdəliyi olmayıb.

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər 2 milyon 250 min manata bərabər olub. Bu öhdəliklərdə il ərzində 492,3 min manat (18%) azalma qeydə alınıb.

Cəmi kapital 333,8 min manata yüksəlib. Bu isə son bir ildə 216,1 min manat və ya 2,8 dəfə artımdır.

Nizamnamə kapitalı 4 min manata yaxın səviyyədə dəyişməz qalıb.

Bölüşdürülməmiş mənfəət 329,8 min manat təşkil edib. Bu, illik 216,1 min manat (2,9 dəfə) artımdır

Vergi və məcburi ödənişlər 265 manat təşkil edərək 35,7 min manat azalıb.

Qısamüddətli kreditor borcları 739,6 min manata enib. Bu, illik 725,5 min manat (49,5%) azalmadır.

Sair qısamüddətli öhdəliklər isə 3 milyon 118 min manat olub ki, bu da illik 39 min manat (1,3%) artımdır.



Geri qayıt