Əsas Səhifə > Güney Press > Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib

Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib


Bu gün, 10:26

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti iri məbləğli açıq tenderə yekun vurub.

"DİA-AZ" xəbər verir ki, tenderin qalibi "Protean Construction" ASC-dir.

Qalib şirkətə 38 milyon 558 min 538 manat ödəniləcək. Tenderin ehtimal olunan qiyməti isə 50 milyon 031 min 464 idi.

Tender Lənkəran şəhərində kanalizasiya sisteminin yaradılması ilə bağlıdır.

"Protean Construction" ASC bundan öncə Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətiin 18 milyon 730 min 866 manat dəyərində “Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (yol, səki və yaşıllaşdırma) işlərinin satın alınması” tenderinin qalibi olub.

Qeyd edək ki, “Protean Construction” ASC (VÖEN : 9900062801) 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Az1026, Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 yerləşir.


Geri qayıt