Əsas Səhifə > Güney Press > Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub


Bu gün, 10:17

Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, hadisə hakim "Gürcü Arzusu" partiyasının ofisinin yaxınlığında qeydə alınıb.

İnsident zamanı "SOCAR" şirkətinə məxsus avtomobil silahlı hücuma məruz qalıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar.


Geri qayıt