Əsas Səhifə > Güney Press > Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA

Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA


Bu gün, 19:26

“Min manat nə puldur ki?! Heç o məbləğlə də insanlar yaşaya bilməz”.

Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, Dövlət Statistika Komitəsinin Azərbaycanda 2025-ci ilin yanvar-iyul aylarında orta aylıq nominal əmək haqqının 1098,1 manat təşkil etməsi xəbərinə münasibət bildirib.

H. Hacıyev bildirib ki, əslində, bu statistikalar yüksək əmək haqqı ilə çalışan məmurların göstəriciləridir:

“Ölkənin pulunu məmurlar çapıb-talayırlar. Əhali isə kasıb vəziyyətdə yaşayır. 1000 manat nə puldur ki? Heç o məbləğlə də insanlar yaşaya bilməz. Müəllim 400-500 manat maaşa işləyir. Heç 1000 manat maaşı da, bəlkə, alan çox az adam var. Bu gün ətin kilosu 17 manata, yağın, suyun qiyməti haralara qədər qalxıb. Zibil pulu, su pulu, işıq pulu bir yandan. Adam lap başını götürüb qaçmaq istəyir”.

“Həmin statistika yüksək gəlirli məmurların göstəriciləridir. Ziya Məmmədovun nəvəsinin Türkiyədə 30 restoranı var. Digəri, baxırsan ki, 1 milyonluq villa alır. Axı hansı pullarla?! Belə məmurlar xalqla dövləti üz-üzə qoymaq istəyirlər. Çox şey demək olar, lakin danışmaq, dilə gətirmək olmur”, – deyə o, fikirlərini yekunlaşdırıb.


Geri qayıt