Əsas Səhifə > Güney Press > Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaqBu gün, 17:32 |
Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkətinin mətbuat xidmətindən bildirilib. "16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində "Şimali Qafqaz- Zaqafqaziya" magistral qaz kəmərində planlı təmir işlərinin aparılması ilə əlaqədar bu kəmərlə Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq", - məlumatda qeyd olunub. Bildirilib ki, Ermənistanda istehlakçılar daxili ehtiyatlar və İrandan əlavə həcmlər hesabına qazla təmin olunacaq. Geri qayıt |