Əsas Səhifə > Güney Press / Ana xəbər > Hafiz Məmmədov niyə artistlik eləyir?

Hafiz Məmmədov niyə artistlik eləyir?


19-05-2014, 15:36
Hafiz Məmmədov niyə artistlik eləyir?
Ölkənin ən böyük “futbolmən”i Hafiz Məmmədovun dünən qafqazinfo.az-da müsahibəsi çıxıb. “Hər şey haqda deyiləsi bir şeyim var” prinsipiylə - siyasət, iqtisadiyyat, fəlsəfə, sosiologiya, tarix, futbol biliklərini “qafqazinfo”yla, dolayı yolla bizimlə, yəni oxucularla paylaşan Məmmədov lütf eləyib “Bakı”nın lisenziya məsələsinə də aydınlıq gətirib. Özü də necə..

Bu haqda az sonra..

Sənəd/Sübut

“Bakı” rəsmisinin dedikləri

Sual verilir: “Bu yaxınlarda AFFA “Bakı”nı futbolçularınızdan biri olan Aleksandr Tamovskinin (əslində Tomovski –red.) mükafatının verilməməsinə görə lisenziyadan (avrokuboklarda iştirak lisenziyası –red.) məhrum etdi. Bu barədə nə deyə bilərsiziniz (bilərsiniz - red.)”?

Cavab: “Yox, lisenziya söhbəti deyil. Biz axı Premyer Liqada yer tuta bilmədik. Avropaya getmək üçün topladığımız xallar kifayət qədər olmadı. Camaatdır da. Çox şeyi bir-biri ilə səhv salır”.

Sübutda açıq-aşkar göstərilir ki, “Bakı”ya növbəti mövsümçün avrokubok lisenziyası verilməyəcək. Hansı ki, həmin günkü turnir cədvəli etibarilə “Zolaqlılar”ın nəzəri də olsa qitə yarışlarında iştirak şansı varıydı. Qaldı ki lisenziya məsələsi, 1-2 günün söhbəti deyil. Lisenziyanın verilməməyinə səbəb olan problem 1 ay əvvəl də vardı, 2 ay əvvəl də. LK iclası 1 ay əvvəl keçirilsəydi, aydın məsələdi ki, o vaxt da lisenziya verilməyəcəkdi. Onda da PL-də yer tuta bilməmək bəhanə olmayacaqdı. Heyf, heyf ki, iclas apreldə keçirilməyib.

Davam eləyək

“Lisenziya iki-üç məsləyə (məsələyə -red,) görə verilməyə bilər” – bəli, düzdü.

“Sənədlərin yerində olmasa, müqavilələrdə nəsə yalnışlıq olsa, o zaman lisenziya almırsan” – afərin, bu da düzdü.

“AFFA da bizə nəzarət edən orqandır” – bravo, bunu da düz tapmısız..

“Ancaq biz Premyer Liqada 5-ci yerdə qərarlaşdıq deyə, avrokuboklara vəsiqə əldə edə bilmədik” – lisenziyadan danışırdıq, ay yoldaş!

“İndi bəziləri deyir ki, “Bakı” lisenziya almadığına görə Avropaya gedə bilmir” – düzəldək, başda AFFA olmaqla bəziləri.

Və gəlirik sonuncuya.

“Lisenziya almaq üçün 5-10 manat pul lazımdırsa, Hafiz Məmmədov onu tapıb verəcək” – bu sonuncu cümlələr qəhrəmanımızın psixoloji portretini açıb-tökür.
Yaşar Seyidov saytımıza verdiyi müsahibədə məsələnin pul məsələsi olduğunu bildirmişdi. Onu da əlavə eləmişdi ki, özlərini bu problemdə haqlı görürlər deyə Tomovskiyə pul ödənməyəcək. Danışdıqlarına insansaq, bəli, “Bakı” tərəfi bu məsələdə haqlıdı. Eyni problemdən ötəri “Fənərbağça” argentinalı “10 nömrə” Orteqanı, obrazlı desək, “mələtmişdi”.

Tomovski hadisəsi olub 2009-da.Üstündən keçib 5 il. 1 il içində “Atletiko”ya, “Lans”a milyonlar tök – ancaq 2009-dakı məsələnin üstündən keç…

Məmmədov deyir ki, 5-10 manat lazımdısa tapıb verəcəm – yəni, maliyyə onunçün heç vaxt problemli mövzu deyil. Türk demiş, “Bana bunlarla gelmeyin”. Portretin birinci boyası – “Pulum var”

\Ancaq real situasiya budu ki, havayı yerə “5-10 manat” (ona görə 5-10 manat – Azərbaycanın 2014-cü il bazar qiymətləriylə bir neçə yüzmin manat eləyir) verməyi qəbul eləmir . Portretin ikinci boyası – “Pulu zibilxanadan tapmamışam”.

Və problemin əsas səbəbini, sonradan yaranmış şəraitlə izah edir. Sonuncu retuş – “Başımı kəs, qabağımdan yemərəm”.

Bunu açıq-açıq desə, vallah-billah bir kəlmə iradımız olmaz.

“FutbolPress”

Geri qayıt