Əsas Səhifə > Güney Press > Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibiBu gün, 12:50 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tenderin nəticəsini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi "Elite Construction" MMC olub. Qalib şirkətə 8 milyon 685 min 354,81 manat ödəniləcək. Tenderdə Respublikanın bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri nəzərdə tutulur. Bildirək ki, "Elite Construction" MMC 2 noyabr 2015-ci ildə dövlət qeydiyyatına alınıb və 3 min 50 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Ramiz Quliyev Məhəmməd oğludur. Hüquqi ünvanı AZ5921, TƏRTƏR RAYONU, QARADAĞLI, , ev.0, m.0 ünvanıdır. Geri qayıt |