Əsas Səhifə > Güney Press > “Qarabağda yaşayan ermənilər potensial təhlükədir”
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir”Bu gün, 12:44 |
"Açıq deyim ki, nə qədər o ərazilərdə etnik ermənilər yaşayacaq, potensial təhlükə olaraq qalacaqlar. Orada olan etnik ermənilər nəzarətə götürülməlidir. Bundan çəkinmək lazım deyil. Dünənki hadisə bir daha sübut edir ki, istənilən ad etnik ermənilərdən irili-xırdalı cinayətləri gözləmək olar”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, dünən baş verən hadisə bir daha sübut edir ki, ermənilər hələ uzun illər revanşist hissələrlə alışıb yanacaq: “Dünən baş verən hadisə bir daha sübut edir ki, ermənilər hələ uzun illər revanşist hissələrlə alışıb yanacaq. Sirr deyil ki, bu gün hətta Ermənistan rəhbərliyinin apardığı siyasətə qarşı ermənilərin özündə böyük narazılıqlar var. Onlar üçün düşünülmüş, qəbul olunmuş qərarları belə qıcıqla, əsəblə qarşılayırlar. Mən əminəm ki, hələ minlərlə iri yaxud xırda çaplı silah-sursat keçmiş Dağlıq Qarabağ ərazisində gizlədilib. Onlar hələ uzun illər aşkar ediləcək və tapılacaq. Azəraycan ərazisində 30 ildən artıqdır ki, SSRİ adlı dövlət yoxdur. Lakin biz illər keçsə də, sovet dövründə bir vaxtlar hərbi hissə, poliqon olmuş ərazilərdən hərbi sursatlar, minalar aşkarlayırıq. İndi isə təsəvvür edin ki, 30 ildən artıq müddətdə Qarabağın ayrı-ayrı bölgələrində qeyri-qanuni silahlı birləşmələr olub və silah-sursatları gizlətdiyi yerlər yalnız onların özlərinə bəllidir. Ona görə dünənki hadisə hüquq-mühafizə orqanlarına bir daha bu işdə ayıq-sayıq olmağı göstərdi”. Polkovnik qeyd edib ki, bu məsələdə heç bir halda boşluğa yol vermək olmaz: “Bu məsələdə heç bir halda boşluğa yol vermək olmaz. Təsəvvür edin ki, bu adam 5 əl qumbarası və 4 sandıqca güllə olan avtomatla hərbçilərə yaxud mülki insanlara atəş açsaydı, yüzlərlə həyatını itirəcəkdi. Bir polis işçimiz yaralanıb, ümid edirəm ki, tez bir zamanda sağalar. Amma açıq deyim ki, nə qədər o ərazilərdə etnik ermənilər yaşayacaq, potensial təhlükə olaraq qalacaqlar. Orada olan etnik ermənilər nəzarətə götürülməlidir. Bundan çəkinmək lazım deyil. Dünənki hadisə bir daha sübut edir ki, istənilən ad etnik ermənilərdən irili-xırdalı cinayətləri gözləmək olar”. Qeyd edək ki, dünən Xankəndidə erməniəsilli şəxs avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməniəsilli sakini 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyan yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır. Geri qayıt |