Mühafizəkar fəal Çarli Kirkin qətli ilə bağlı həbs edilən şəxs atasına atəş açan şəxs olduğunu etiraf edib. Yeniavaz.com xəbər verir ki, bu barədə sentyabrın 12-də iki məlumatlı mənbəyə istinadən CNN məlumat yayıb. Telekanalın məlumatına görə, oğlunun etirafından sonra ata özü səlahiyyətlilərlə əlaqə saxlayıb. O, oğlunun etirafı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib və oğlunun rəsmən saxlanılana qədər onun nəzarətində olmasını təmin edəcəyini bildirib.
Geri qayıt
|