Əsas Səhifə > Güney Press > Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıbBu gün, 15:49 |
Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsi 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabat Mərkəzin gəlirlərinin cüzi artmasına baxmayaraq, xərclərin daha sürətlə böyüməsi səbəbindən yekun xalis mənfəətin kəskin şəkildə azaldığını göstərib. "DİA-AZ" xəbər verir ki, mərkəzin cəmi gəlirləri 30,5 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 607,8 min manat (2,0%) artım deməkdir. Gəlirlərin artımında əsas rolu birja əməliyyatları oynayıb. Bu maddə üzrə gəlir 23,0 milyon manata yüksəlib ki, bu da illik 1,4 milyon manat (6,4%) artımdır. Qeyri-birja əməliyyatlarından gəlir 6,7 milyon manat təşkil edib. Sair əməliyyat gəlirləri isə 832,2 min manata enib. Bu da illik müqayisədə 833,2 min manat və ya 2 dəfə azalmadır. Hesabat dövründə cəmi xərclər 29,6 milyon manat olub. Bu da illik 3,5 milyon manat (13,6%) artım deməkdir. Xərclərin artımında ən böyük pay istifadə edilmiş materiallara aiddir. Bu xərclər 8,2 milyon manata yüksələrək 2,7 milyon manat (49,5%) artıb. İşçi heyəti üzrə xərclər 17,8 milyon manat təşkil edib ki, bu da illik 747,0 min manat (4,4%) artımdır. Amortizasiya xərcləri isə 1,7 milyon manat olub. Sair əməliyyat xərcləri 1,9 milyon manata enərək 129,1 min manat (6,3%) azalıb. Bu amillərin birgə təsiri ilə Mərkəzin əməliyyat mənfəəti 981,3 min manata enib. Bu, illik müqayisədə 2,9 milyon manat və ya 4,0 dəfə azalmadır. Vergiqoymadan əvvəl mənfəət də 981,3 min manat təşkil edib. Mərkəzin mənfəət vergisi xərci 432,7 min manat olub. Bu da illik 200,4 min manat (86,3%) artım deməkdir. Bütün bunların yekununda, Bakı Sağlamlıq Mərkəzi 2024-cü ili 548,6 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 3,1 milyon manat və ya 6,7 dəfə azdır. Geri qayıt |