Əsas Səhifə > Güney Press > Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunurBu gün, 17:02 |
Şirvan Vəkil Bürosunun vəkili Ruslan Mirzəyev müdafiəçi kimi çıxdığı işlərdən birində vətəndaşı təhqir etməkdə ittiham olunur.Bizimyol.info xəbər verir ki, bununla əlaqədar vəkil məhkəməyə verilib. Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cəzalandırılması üçün ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb. Səbəb isə Ruslan Mirzəyevin müdafiəçi qismində iştirak etdiyi boşanma ilə bağlı bir iş olub. Həmin işdə o, qadının vəkili olub. Ruslan Mirzəyevdən şikayətçi olub, onu məhkəməyə verən isə qarşı tərəfdir. Onun sözlərinə görə, vəkil onu təhqir edib, ünvanına nalayiq ifadələr səsləndirib: “Qayınanam 2024-cü ilin avqust ayında arvadımı və kiçik qızımı özünün kirayədə qaldığı Şirvan şəhərinə aparıb, geri qayıtmasına imkan vermədi. Digər iki uşağım mənim yanımda qaldı, təhsillərini də davam etdirirdilər. Həyat yoldaşımın müvəqqəti təminat tədbiri kimi verdiyi ərizə əsasında Kürdəmir Rayon Məhkəməsi qərardad çıxarmışdı. Həmin qərardadla uşaqlarla ünsiyyət hüququ müəyyən edilmişdi. Uşaqları 11 may 2025-ci ildə Şirvan şəhərində anası ilə görüşə aparmışdım. Vəkil Ruslan Mirzəyevin təşkilatçılığı ilə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları uşaqları məndən alıb anasına verdi. Buna görə vəkil Ruslana telefonla zəng edib, “sənin yalanlarını belə əsassız müdafiə etsələr, sən nə edərsən?” dedim. Vəkil də cavab olaraq məni təhqir elədi. Dedi ki, “adam kimi danış, itin balası, səni salaram təpiyimin altına, alçaq, şərəfsizin biri şərəfsiz, sənin arvadın pozğunluq edir, mən neyləyim?” Ruslan Mirzəyev Kürdəmir Rayon Məhkəməsində özü ilə bağlı məhkəmə prosesində iştirak etməyib. Hakim onunla bağlı şikayətə özünün iştirakı olmadan baxıb. Qərara əsasən, vətəndaşın vəkilə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia icraata götürülməyib. Məhkəmə şikayəti icraata götürüb araşdırmaqdan imtina etməsini belə əsaslandırıb ki, şəxs təhqirə görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Geri qayıt |