Əsas Səhifə > Güney Press > Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da...
Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da...Bu gün, 16:27 |
“Ermənistanda hakimiyyət dəyişikliyi məsələsi həmişə gündəmimizdə olub və bu gün də var”. Teleqraf xəbər verir ki, bunu Ermənistan sabiq prezidenti Serj Sərkisyan deyib. “Buna nail olmağın ən düzgün və optimal yolu hökumətə və baş nazirə (Nikol Paşinyan) etimadsızlıq bildirməkdir, yəni impiçmentdir. Parlament təkcə danışmaq yox, həm də dinləmək yeridir. Qulağı olan dinləyəcək”, - o qeyd edib. Sərkisyan Paşinyanı aradan götürməyin digər yollarına da diqqət çəkib: “Beynəlxalq təcrübəyə baxın: dünən dünyada iki böyük hadisə baş verdi: Nepal və Fransada. Xalqın etimadını qazanmayan hökuməti vəzifədən uzaqlaşdırmağın və ya impiçment etməyin iki yolu var. Biri Nepal yoludur - zorakılıq və qətllər vasitəsilə, digəri Fransadır - parlament vasitəsilə. İndi biz xalqımıza nə təklif edə bilərik?”. Sələfi Robert Köçəryanla bu məsələdə niyə razılığa gələ bilmədikləri soruşulduqda o, belə cavab verib: “Sizdən xahiş etdim ki, ikinci prezidentlə bağlı mənə sual verməyin”. Geri qayıt |