Əsas Səhifə > Güney Press > Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb:

Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb:


Bu gün, 15:08

Biləsuvar İcra Hakimiyyətinin elan etdiyi tenderin nəticəsi ləğv olunub.

Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.

Bildirilir ki, tendderin keçirilməsində məqsəd Biləsuvar şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirini həyata keçirmək olub. Bununla əlaqədar İcra Hakimiyyəti 572 min 48 manat vəsait də ayrıbmış. Lakin tenderdə iştirak üçün qatılan “Yol Nəqliyyat Tikinti” MMC lazım olan sənədləri tender komissiyasına təqdim etməyib. Buna səbəb isə tenderə qatılan sözügedən şirkətin ümumiyyətlə, yol çəkilişləri zamanı bir sıra işlərin görülməsi üçün lisenziyası olmayıb. Nəticədə, satınalmada iştirak etmək üçün müvafiq lisenziyaya malik olan təchizatçıların sayının ikidən az olmasına görə, tender ləğv edilib.


Geri qayıt