Əsas Səhifə > Güney Press / Ana xəbər > Oğlu vəzifəyə gedən rektora qarşı tələbə etirazları başladı

Oğlu vəzifəyə gedən rektora qarşı tələbə etirazları başladı


19-05-2014, 12:01
Oğlu vəzifəyə gedən rektora qarşı tələbə etirazları başladı
В«Odlar YurduВ» Universitetində tələbələrlə rektorluq arasında münasibətlər gərginləşməyə başlayıb. Xüsusən də В«köçürməВ» yolu ilə universitetə gəlmiş tələbələrin əsəbləri tarıma çəkilib. JAM.AZ xəbər verir ki, buna səbəb universitet rəhbərliyinin onlardan 1500 manat imtahan və diplom işi pulu tələb etməsidir.

Məlumatı verən tələbələr qeyd edirlər ki, В«Odlar YurduВ»nun rektoratlığı onların diplom müdafiəsini iyunun 20-nə təyin edib. Həmin müddətə qədər daha 4 imtahan verməlidirlər. Və bütün bunlar üçün onlardan 1500 manat tələb olunur. Həmin məbləği isə düzəltmək imkanları olmadığını bildirən tələbələr məsələni bu şəkildə qoymaq fikrində deyillər. Onlar etirazlarını universitet rəhbərliyinə açıq şəkildə çatdırmağı düşünürlər.

Onlar qeyd ediblər ki, universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Və bununla guya, hər şeyin şəffaf olduğunu nümayüiş etdirməyə çalışırlar. В«Əslində isə vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır. Tələbə haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun qiymət alması mümkün deyilВ».

Xatırladaq ki. В«Odlar YurduВ» Universiteti deputat Əhməd Vəliyevindir. Bu yaxınlarda deputatın oğlu təhsil nazirinin müşaviri təyin olunub.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt