Əsas Səhifə > Güney Press > Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub

Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub


Bu gün, 10:34

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib. Bu barədə "DİA-AZ"a MN-dən xəbər verilib.
Daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarına çıxarılan bölmələr qarşıya qoyulmuş tapşırıqları normativlərə uyğun yerinə yetiriblər.
Keçirilən məşğələlərdə əsas diqqət qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsinə yönəldilib.
Hərbi qulluqçular praktiki məşğələlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.


Geri qayıt