Əsas Səhifə > Güney Press > II Qaregin Paşinyanla bağlı təlimat verdi
II Qaregin Paşinyanla bağlı təlimat verdiDünən, 13:00 |
Bütün ermənilərin katolikosu II Qaregin Baş nazir Nikol Paşinyanla bağlı komandasına təlimat verib. Teleqraf xəbər verir ki, bu barədə Zarkerak.am məlumat yayıb. Portal bildirib ki, Paşinyanla açıq mübarizə aparmaq qərarına gələn II Qaregin bu məqsədlə Ermənistan rəhbərinə qarşı komanda yaradıb. Nəşr yazıb ki, Eçmiədzin kafedralında baş tutan gizli görüşdə katolikos Ermənistandakı bütün yeparxiyaların rəhbərlərinə bu təlimatı verib: “Erməni kilsəsi Nikol Paşinyan, onun ailə üzvləri, hökumət nümayəndələri, onların ailə üzvləri, o cümlədən Ktriç Nersisyanın (II Qaregin) barəsində sərəncam verə biləcək bütün şəxslər haqqında yalan xəbərlər yaymaq üçün bütün imkanlarından istifadə etməlidir”. Mənbənin fikrincə, katolikosun məqsədi onu vəzifəsindən uzaqlaşdırmaq istəyən Paşinyanı bu fikrindən daşındırmaq, əgər mümkün olarsa, bu kampaniyanın sonunda ölkədə hakimiyyət dəyişikliyinə nail olmaqdır. Xatırladaq ki, Ermənistan baş naziri bundan əvvəl dəfələrlə ölkənin baş keşişini istefa verməyə çağırıb. II Qaregini dini andlarını pozmaqda və kilsəyə xəyanətdə ittiham edən Paşinyan onun istefasına nail olmaq üçün lazımi addımların atılacağını da bəyan edib. Geri qayıt |