Əsas Səhifə > Güney Press > Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir

Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir


Bu gün, 11:56

Qarabağ ermənilərinin köçəri həyat tərzi və uzun illər davam edən siyasi manipulyasiyalar bölgədə gərginliyi davam etdirir.

Ermənistan və Qarabağdakı separatçı qüvvələrin verdiyi vədlər nəticəsində insanlar təkrar-təkrar evlərini tərk edir, amma real vəziyyət bu vədlərlə uzlaşmır.

Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Qarabağ erməniləri uzun illər Ermənistan üçün ağır sosial və siyasi yük olublar və vəziyyət indi də dəyişməyib:

“Antiterror əməliyyatlarından əvvəl Ermənistan Qarabağ ermənilərini qəbul etmək istəmirdi. Keçmiş liderlər – Sarkisyan, Köçəryan və Ohanyan kimi rəqiblərinin təsirini azaltmaq istəyən Paşinyan isə onlara “Qarabağı tərk etməyin, evlərinizdə qalın” deyirdi.

Eyni zamanda, Azərbaycan müxtəlif təbliğat vasitələri ilə silahsız ermənilərin təhlükəsizliyini təmin etməyə çalışırdı. Qarabağ klanı isə yerli erməniləri və ya sadəcə Qarabağda yaşayanları yanlış məlumatlarla aldadırdı. Onlara “Azərbaycan Laçın sərhəd keçid məntəqəsini 1–2 günə tam bağlayacaq, çıxmasanız, girov qalacaqsınız; çıxsanız, Ermənistan sizə ev, kompensasiya və daimi müavinət verəcək” kimi vədlər verilirdi. Nəticədə bir çox ermənilər Qarabağdan köç etdi, amma sonradan məlum oldu ki, ev və kompensasiyalar yalandır, müavinətlər isə qısa müddət sonra dayandırılıb”.

Ədalət Verdiyev vurğulayıb ki, Qarabağ erməniləri yenidən Ermənistanda Qarabağa qayıtmaq üçün mitinqlər təşkil edirlər:

“Məsələn, 2 sentyabrda İrəvandakı ERABLUR panteonunda 1-ci Qarabağ müharibəsində iştirak etmiş bir yaşlı erməni separatçı simvollarla nümayiş edirdi.

Bu, sanki onu və ya nəvələrini Qarabağdan kimsə məcburi çıxarmış kimi təsir bağışlayırdı.

Nəticə etibarilə, uzun müddət bir yerdə yaşamağa alışmamış Qarabağ erməniləri daim köç etmək meyli göstərir, bir yerdə sabit yaşamır və digər torpaqları zəbt etməyə bəhanə axtarırlar”.


Geri qayıt