Əsas Səhifə > Güney Press > “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
“FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edirBu gün, 11:07 |
“FNC Bank Olmayan Kredit Təşkilatı” QSC ümumi həcmi 4,75 milyon manatlıq istiqraz buraxır. "DİA-AZ" bu barədə BOKT-nin Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir. Məlumata görə, söhbət biri 5000 manat olmaqla ümumi 950 ədəd istiqrazlardan gedir. İstiqrazlar 5 il müddətlə 15 faizlə təklif olunur. Təklifin səbəbi Cəmiyyətin "Kristal Bakı" ASC qarşısında olan borc öhdəliyinin vaxtında icra edilməsini təmin etməkdir. Anderrayter "CPM-Invest İnvestisiya Şirkəti" ASC şirkətidir. Geri qayıt |