Əsas Səhifə > Güney Press > “Putin istədiyini aldı”

“Putin istədiyini aldı”


Bu gün, 11:01

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçirilən sammit Rusiya liderinə “istədiyini” verdi.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 5-də “ABC News” telekanalının beynəlxalq əlaqələr üzrə baş müxbiri Marta Raddatsa müsahibədə belə deyib.

Rusiyanın bombardman etdiyi Mukaçevodakı Amerikanın “Flextronics” zavodunun fonunda lentə alınmış müsahibə sentyabrın 7-də telekanalın “Bu həftə” verilişində yayımlanıb.

“Ukraynanın orada olmaması utancvericidir, çünki düşünürəm ki, prezident Tramp Putinə istədiyini verib. O, həqiqətən də ABŞ prezidenti Trampla görüşmək istəyirdi və məncə, çox təəssüf ki, Putin bunu aldı. Putin mənimlə görüşmək istəmir. Amma o, həqiqətən də ABŞ prezidenti ilə görüşmək istəyir ki, hər kəsə onun iştirakı ilə bağlı özünün video və fotolarını nümayiş etdirsin”, - Ukrayna lideri deyib.

Marta Raddats görüşmək üçün Putinin Zelenskiyə Moskvaya gəlməsi barədə təklifini xatırlatdıqda, Ukrayna prezidenti “O, Kiyevə gələ bilər” cavabını verib.

- Mənim ölkəm hər gün raketlərə və hücumlara məruz qalanda mən Moskvaya gedə bilmərəm”, - Zelenski bu mövqeyini əsaslandırıb.

Onun sözlərinə görə, Ukrayna ikitərəfli və ya üçtərəfli görüşə hazırdır. Lakin onlar Rusiya ərazisində baş tuta bilməz. Rusiya tərəfi ilə ikitərəfli görüş imkanının əldən verilib-verilməməsi ilə bağlı sualın cavabında Zelenski deyib: “danışıqlar imkanı qalır”.

Jurnalistlə söhbətində Zelenski qeyd edib ki, onun fikrincə, müharibəni bitirmək üçün Amerika və Avropa müttəfiqləri tərəfindən Rusiyaya daha çox təzyiq lazımdır.

“Biz hamımız başa düşürük ki, Putinə əlavə təzyiq lazımdır. ABŞ tərəfindən təzyiqə ehtiyacımız var”, - Ukrayna prezidenti vurğulayıb.

Geri qayıt