Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 35 baş qatır mövcud olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir il ərzində qatırların sayı 3, son 4 il ərizdə isə 20 baş azalıb. Açıqlanan son məlumata görə, Azərbaycanda cəmi 8 rayonda qatır var. 4 il əvvəl – 2021-ci ildə isə 10 rayonda qatır olub. Ən kəskin azalma Ordubad rayonunda qeydə alınıb. 2021-ci ildə bu rayonda 18 qatır olduğu halda, ötən ilin sonunda Ordubadda qatır olmayıb. Ən çox artım isə Neftçala rayonunda qeydə alınıb. Neftçalda qatırların sayı son 4 ildə 6 başdan 10 başa yüksəlib. Bu ilin əvvəlinə olan məlumata görə, ən çox qatırın olduğu rayon Oğuz rayonu olub – 12 baş. Ən az qatırın olduğu rayonlar isə Yardımlı, Astara və Füzuli rayonları olub – hər birində 1 baş. Azərbaycanın şəhər və rayonlarında qatırların sayı aşağıdakı kimi olub: Oğuz rayonu – 12 baş; Neftçala rayonu – 10 baş; Şəki rayonu – 5 baş; İsmayıllı rayonu – 3 baş; Laçın rayonu – 2 baş; Füzuli rayonu – 1 baş; Astara rayonu – 1 baş; Yardımlı rayonu – 1 baş.
Məlumat üçün qeyd edək ki, əsasən yükdaşımada istifadə olunan qatırlar at və eşşəklərin cütləşməsindən əldə olunur.
Geri qayıt
|