Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Capıtel Group” MMC (VÖEN – 2005752931) ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, Xidmət Xocavənd rayonunun Xanoba kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 4375,8 kv. metr olan 26 ədəd fərdi yaşayış evinin təmirinə görə “Capıtel Group” MMC-yə 1 milyon 526 min 925 manat 44 qəpik ödəyəcək. Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Capıtel Group” MMC 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 68 A, m. 9-da yerləşən MMC-nin qanuni təmsilçisi Hüseynov Rasim Nəcəfalı oğludur. Onu da bildirək ki, Qarabağ xanlarına məxsus olan Xanoba kəndində XIX əsrin 20-ci illərində İrandan köçüb gələn erməni ailələri məskunlaşıb. Ermənilər kəndin adını dəyişərək Xnuşinak adlandırıblar. Bu söz erməni dilindən tərcümədə “xanın evi” deməkdir.
Geri qayıt
|