Əsas Səhifə > Güney Press > Şirkətin 117 min pulunu mənimsəyən vəzifəli şəxs məhkəmə zalından

Şirkətin 117 min pulunu mənimsəyən vəzifəli şəxs məhkəmə zalından


Bu gün, 09:19

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə təqsirləndirilən Eldəniz Quluzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub.

İttihama görə, Eldəniz Quluzadə qida və qeyri-qida məhsullarının pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyəti göstərən şirkətlərdən birində Satış Departamentinin Hasilat şöbəsinin Bakı pərakəndə hasilat bölməsinin hasilatçısı vəzifəsində işləyib. O, çalışdığı 2027-2019-u illərdə Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən 53 satış nöqtəsindən təhvil aldığı ümumilikdə 174 69,79 manat məbləğində pul vəsaitindən 117 170,33 manat məbləğində pulu şirkətin sözügedən rayonda yerləşən ofisindəki xəzinəsinə təhvil verməyib və mənimsəyib.


Geri qayıt