Əsas Səhifə > Güney Press / Ana xəbər > Beyləqanda rabitədən yığılan pulları kimlər faizə buraxır?

Beyləqanda rabitədən yığılan pulları kimlər faizə buraxır?


19-05-2014, 08:55
Beyləqanda rabitədən yığılan pulları kimlər faizə buraxır?
Beyləqandan Gunxeber.com daxil olan məlumata görə, rayon Telefon Qovşağının müdiri Ramiz Sadıqov adı çəkilən qurumu korrupsiya yuvasına çevirib. Məlumatda R. Sadıqovun Beyləqan şəhərindən və kəndlərindən vətəndaşlardan yığılan abunə vəsaitlərini müxtəlif sahibkarlara “faiz”ə verdiyi qeyd olunur. Məlumatlı şəxs bildirir ki, Telefon Qovşaq İdarəsinə gələn müxtəlif növ kabellər, naqillər, telefon və internet aparatları Ramiz Sadıqov və adamları tərəfindən silinərək mənimsənilir. İdarə müdiri ətrafındakılara bildirir ki, bu vəzifəyə gəlmək üçün 30 min manat xərc çəkib və həmin vəsaiti tezliklə çxıarmalıdır.

Qeyd olunur ki, R. Sadıqov qovşaq rəisi təyin ediləndən sonra Beyləqanda telefon çəkdirməyin dövlət rüsumunun “qiyməti” 2 dəfə qalxıb. Belə ki, rayonun özündə telefon çəkdirməyin qiyməti 150, kəndlərdə isə 200 manatdır. Mənbəmiz qeyd edir ki, R. Sadıqov hazırda səbirsizliklə bu il Beyləqan Telefon Qovşağına veriləcək 45 min metr fiber optik xəttinin çəkilişini gözləyir. İdarə müdiri oturub-durub deyir ki, “xətt çəkilmək məsələsi tez həll olunsaydı xərcimi borcumu ödəyərdim”. Mənbəmiz bildirir ki, 1 metr fiber optik xəttinin çəkilşi üçün “Aztelekom” İstehsalat Birliyi qovşağa 3 manat vəsait ödəyəcək. Ancaq idarə müdiri həmin xətləri 1,5 qəpikdən çəkdirəcək və ayrılacaq 130 min manat vəsaitin yarısını mənimsəyəcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt