Əsas Səhifə > Güney Press > “Qarabağ”la oyuna biletlərin qiyməti 40-60 avrodur
“Qarabağ”la oyuna biletlərin qiyməti 40-60 avrodur3-09-2025, 23:51 |
UEFA Çempionlar Liqasının liqa mərhələsində baş tutacaq “Benfika” (Portuqaliya) – “Qarabağ” matçının biletlərinin qiyməti müəyyənləşib. Globalinfo.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sentyabrın 5-də satışa çıxarılacaq biletlərin qiyməti 40-60 avro aralığında dəyişir. VİP biletlərin qiyməti barədə isə məlumat verilməyib. Qeyd edək ki, “Qarabağ” Portuqliya təmsilçisi ilə UEFA Çempionlar Liqasının 1-ci turunda üz-üzə gələcək. Oyun sentyabrın 16-da, saat 23:00-da start götürəcək. Geri qayıt |